Avtoreyd.Az Dörd çarx Bakıda daha 3 küçənin əsaslı təmirinə başlanılıb – VİDEO

Bakıda daha 3 küçənin əsaslı təmirinə başlanılıb – VİDEO


Bakıda daha 3 küçənin əsaslı şəkildə təmir edilməsi işinə başlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin şimal giriş hissəsində 2 kilometrə yaxın uzunluğu olan Mir Cəlal küçəsində təmir işləri nəticəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Yolun eni 24 metrə çatdırılıb.

Yeni Yasamal yaşayış massivinin Əsəd Əhmədov küçəsində də təmir işləri davam etdirilir. Uzunluğu 1,5 kilometr, eni isə 7-8 metr olan küçə 14 metrə qədər genişləndirilir. Bu məqsədlə yolboyu qazma-dolma işləri görülür. Mövcud yeraltı kommunikasiya xətləri bərpa olunur. Bundan başqa təmir işləri zamanı yağış-kanalizasiya sistemi bərpa olunacaq və zəruri olan yerlərdə yeni sistem qurularaq yağış barmaqlıqları qoyulacaq.

Məhəmməd Hadi küçəsində də təmir işlərinə start verilib.

Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Məhəmməd Hadi küçəsində aparılan təmir işlərinin 1 ay, Mir Cəlal və Əsəd Əhmədov küçələrində isə 2 ay ərzində yekunlaşdırılması planlaşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Yanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edirYanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az -a verilən məlumata görə, Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar olaraq prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan