Avtoreyd.Az Dörd çarx Vaqif Əsədov Nobel prospektindəki sıxlığın SƏBƏBİNİ açıqladı

Vaqif Əsədov Nobel prospektindəki sıxlığın SƏBƏBİNİ açıqladı


Son zamanlar Bakı şəhər ərazisində yollarda sünı tıxacın yaranmasının səbəbi şəhərin müəyyən ərazilərində asfalt örtüyünün çəkilməsi və digər işlərlə bağlıdır.

AvtoReyd.Az xəbər verir ki bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, bu tıxacın yaranmasına səbəb olan amillərdən biri Babək prospektində aparılan yenidənqurma işləridir:

“İndi Babək prospektində hərəkət birtərəflidir. Bunun əsas yükü Nobel prospektinə düşür və bu səbəbdən pik vaxtlarda orada sıxlıq müşahidə olunur. Eyni zamanda, Nərimanov rayonu ərazisində yaşayış binalarının tikintisinə başlanılıb. Həmin ərazidə asfaltın qaşınması, kommunikasiya xətlərinin çəkilməsi işləri aparılır. Daha sonra Məhəmməd Hadi küçəsində asfalt örtüyünün çəkilməsi ilə bağlı məhdudiyyət var”.

AvtoReyd.Az

Related Post

Bu marşrut xətti üzrə balans yükləmə aparatı tapılmır (Video)Bu marşrut xətti üzrə balans yükləmə aparatı tapılmır (Video)

XırdalandanBakıya və əks istiqamətdə hərəkətdə olan marşrut avtobusu kart sisteminə keçsə də, yolboyu balans yükləmə aparatlarının olmaması sakinlərin narahatlıgına səbəb olub. Xezerxeber.az-ın məlumatına görə, söhbət Abşeron rayonunun Xırdalan şəhərindən Bakıya və ya əks istiqamətdə hərəkətdə