Aktyor Elşən Hacıbabayevin avtomobilindən oğurluq edilib.
AvtoReyd.Az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədəki hesabında məlumat paylaşıb.
Oğrular onun avtomobilinin şüşəsini sındırıblar və maşındakı hədiyyələri aparıblar. E.Hacıbabayev hədiyyələri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ailə üzvlərinə alıbmış.
Hadisə ilə əlaqədar polisə müraciət edilib. Araşdırma aparılır.