Avtoreyd.Az Dörd çarx Avtobuslar və dayanacaqlarda niyə ”siqaret çəkmək qadağandir” nişanları yoxdur? – VİDEO

Avtobuslar və dayanacaqlarda niyə ”siqaret çəkmək qadağandir” nişanları yoxdur? – VİDEO


Sərnişinlər dayanacaqda, sürcülər isə avtobuslarda siqaret çəkirlər.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun qəbul edilməsinə baxmayaraq hələ də avtobuslarda və dayanacaqlarda ”siqaret çəkmək qadağandir” nişanları yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, avtobus gözləyən şəxs dayanacaqda siqaret çəkir. Halbuki, ictimai yerlərdə siqaret çəkmək qadağandır. Ancaq görünən odur ki, dayanacaqlarda bu qadağaya məhəl qoyan yoxdur.

Bundan başqa, sərnişin avtobuslarının bir çoxunda da siqaret çəkmək qadağandır nişanını görmək mümkün deyil. Sərnişinlərin sözlərinə görə, siqaret çəkən sürücülərə tez-tez rast gəlinir.

Xətt nəzarətçiləri isə nişanın olmamasını belə əsaslandırırlar: “Nişanlar qopub düşür”.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, qurum tərəfidən quraşdırılan dayanacaq pavlyonlarına qanunun tələbinə uyğun olaraq “siqarət çəkmək qadağandır” nişanlarının vurulması işlərinə başlanılıb. Mərhələli şəkildə Agentliyin balansında olan bütün dayanacaqlara bu nişanlar vurulacaq. O ki qaldı avtobuslarda bu nişanların olmamasına, Agentlikdən bildirildi ki, bu məsələ ilə bağlı sahibkarlarla görüş keçirilib və onlara qanunvericiliyin tələbinə uyğun xəbərdarlıq edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Related Post