“Range Rover” 48 illik klassik dizaynında qeyri-adi bir yeniliyə imza ataraq “SUV” xüsusiyyətlərinə malik ikiqapılı kupe çıxaracaq.
5 litr super şarjlı “V8” mühərriki ilə 557 at gücü istehsal edəcək avtomobil 100 kilometrə 5 saniyədə çıxa bilir. Maksimum sürəti isə saatda 265 km-dir. Dördapılı klassik dizaynından imtina edərək ikiqapıya çevrilən yeni “Range Rover” ön və arxa oturacaqlardakı rəngləri ilə diqqət çəkir. Yüksək texnologiyaya malik mərkəzi konsol və nəzarət paneli ilə yanaşı avtomobildə 2-ci nəsil “Terrain Response” sistemindən istifadə edilib və beləcə, palçıqlı, qarlı və qayalıqlı yollardan asanlıqla keçmək mümkündür.
Avtomobilin 2018-ci ilin sonlarında İngiltərədə satışa çıxacağı, qiiymətinin isə 295 min dollar olacağı deyilir.
Qeyd edək ki, bu modeldən sadəcə 999 ədəd istehsal ediləcək./metbuat.az