Avtoreyd.Az Dörd çarx Salyan sakini yol hamarlayan buldozer düzəldib – VİDEO

Salyan sakini yol hamarlayan buldozer düzəldib – VİDEO


Salyanın Şorsulu kənd sakini Həsən Abasov yeni qurğu düzəldib. Bu avadanlıq yolların hamarlanmasına xidmət edəcək.

Xezerxeber.az-ın məlumatına görə, yol hamarlayan buldozer kamaz və traktorun ehtiyat hissələrindən hazırlanıb və 6 aya ərsəyə gəlib.

Bu texnikanın kiçik olması onun istənilən yerdə asanlıqla manevr etməsinə şərait yaradır. Buldozerdən fərqli olaraq bu qurğu texnikanın qabağında yox, arxa hissəsində yerləşir. Bu da sürücünün gördüyü işi nəzarətdə saxlamasına şərait yaradır.

Avadanlıq əkin sahələrində yağıntılar zamanı əmələ gələn gölməçələrin də hamarlanmasında geniş istifadə edilə bilər. Texnikanın ərsəyə gəlməsi Həsən Abbasova 1500 manata başa gəlib. O, qurğuya daha çox yük yerləşdirmək və keyfiyyətli iş görmək üçün onu təkmilləşdirmək niyyətindədir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Bu yolda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunurBu yolda müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Neftçilər prospektinin Azneft dairəsindən Rixard Zorge küçəsi ilə kəsişməsinədək olan hissəsində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Bu barədə Azərbaycan