Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.
AvtoReyd.Az APA-ya istinadən xəbərverir ki, səhər saatlarında rayonun əsas magistralında iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən Neftçala rayon sakini, 1959-cu il təvəllüdlü İsmayıl Qardaş oğlu Əhmədov müxtəlif bədən xəsarətləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib. Vəziyyəti isə ağır qiymətləndirilir.
Fakt araşdırılır.