Avtoreyd.Az Gündəm Hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq

Hava şəraiti qeyri-sabit keçəcək, yağış yağacaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən daxil olan məlumata görə, martın 11-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 4-6, gündüz 8-12, Bakıda gecə 4-6, gündüz 10-12 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, Böyük Qafqazın ayrı-ayrı yerlərində arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

ETSN xəbərdarlıq edir ki, martın 12-si gündüzdən 13-ü səhərədək bəzi rayonlarda arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi martın 12-də arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.

AvtoReyd.Az

Related Post

Sabah Bakıda “Bakinternet”in internet təminatında fasilələr yarana bilərSabah Bakıda “Bakinternet”in internet təminatında fasilələr yarana bilər

Xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədi ilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq. Bakı Telefon Rabitəsi İstehsalat Birliyindən “APA-a verilən məlumata görə, profilaktik işlər zamanı noyabrın 15-dən 16-na