Avtoreyd.Az Dörd çarx Magistral yolda avtomobillər şütüyür – Piyadalar hardan keçəcəklərini bilmirlər – VİDEO

Magistral yolda avtomobillər şütüyür – Piyadalar hardan keçəcəklərini bilmirlər – VİDEO


Bakı-Qazax magistral yolunun Ucar rayonundan keçən hissəsində piyada keçidinin olmaması ətraf kəndlərin sakinlərinin işini çətinləşdirib. Sürətlə gedən avtomobillərin arasından keçmək insanlar üçün təhlükəyə çevrilir. Aidiyyatı qurumlar isə problemin yaxın vaxtlarda aradan qaldırılacağını deyirlər.

Magistral yolda avtomobillər şütüyür. Piyadalar hardan keçəcəklərini bilmirlər.

Səbəb isə magistral yolda piyada keçidlərinin olmamasıdır.

Sakinlərin sözlərinə görə, bu yolu keçmək onlar üçün problemə çevrilib. Ərazidə yolun digər tərəfinə keçmək üçün nə yerüstü, nə də yeraltı keçid var.

Hətta bəzi valideynlər uşaqları yolun o biri tərəfindəki məktəbə aparmaq üçün öz avtomobillərindən istifadə edirlər.

Magistral yol Azərbaycan Avtomabil Yolları Dövlət Agentliyinin balansındadır. Qurumun sözçüsü Anar Nəcəfli “XəzərXəbər”ə bildirib ki, hazırda magistral yolda 3 ərazidə – Ucar rayonunda “4 yol” adlanan ərazidə, Ağdaş rayon Ləki qəsəbəsi və Əmrarx kəndləri ərazilərində yerüstü keçidin inşası üçün lazımı sənədlər hazırlanaraq smetası tutlub. Yaxın vaxtlarda keçidlərin tikintisinə başlanılacaq.

Related Post

Köçkünlər üçün salınan qəsəbədə dayanacaq yoxdur – sakinlər çətinlik çəkir – VİDEOKöçkünlər üçün salınan qəsəbədə dayanacaq yoxdur – sakinlər çətinlik çəkir – VİDEO

Mingəçevirdə məcburi köçkünlər üçün yeni salınan qəsəbənin ətrafında dayanacaqlar quraşdırılmayıb. Bu da həm sürücülərə, həm də sərnişinlərə çətinlik yaradır. Xezerxeber.az-ın məlumatına görə, sərnişinlər avtobus gözləyən zaman yayda ağacların altında dayanıb,