Avtoreyd.Az Dörd çarx Yeni və köhnə Ramana qəsəbələrini birləşdirəcək yeni yol inşa edilir (Video+Foto)

Yeni və köhnə Ramana qəsəbələrini birləşdirəcək yeni yol inşa edilir (Video+Foto)


Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını daha da asanlaşdırmaq istiqamətində dövlət başçısının tövsiyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mövcud yolların yenidən qurulması ilə paralel olaraq mümkün olan ərazilərdə yeni yolların inşasını da həyata keçirir. Ötən il bu çərçivədə Bakı şəhərində bir-neçə layihə uğurla icra olunaraq vətəndaşların istifadəsinə verildi.  Bu il də bu cür layihələrin icrası nəzərdə tutulub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə,onlardan biri Ramana-Maştağa yolu ilə “Ramana Qalası” Tarixi abidəni birləşdirən yeni avtomobil yoludur. Bu il icra olunan 63 kənd və qəsəbələrarası avtomobil yollarının tikintisi layihələri çərçivəsində inşa edilən yeni yolun uzunluğu 3.2 km, eni isə 6 m-dir.

Uzun illərdir köhnə və yeni Ramana qəsəbələri arasında birbaşa yol bağlantısı olmayıb. Hər iki qəsəbənin 12 mindən artıq əhalisi gediş-gəliş kimi əlavə bir-neçə km yol qət etməli olublar. Bu isə yük və sərnişin daşımasında xeyli problemlərə gətirib çıxarırdı. Yeni yolun inşası ilə sadalanan problemlərin birdəfəlik həlli hədəflənir.

Tikinti layihəsinə uyğun olaraq əraziyə yararlı material daşınaraq 0.8-1 metr hündürlükdə yeni yol yatağı inşa olunub.  Daha sonra optimal qum-çınqıl qarışığından ibarət normativ qalınlıqda yol əsasının və yolun çiyinlərinin tikinti işləri aparılıb. Tikinti işlərinin növbəti mərhələsi kimi yola 2 qatolmaqla yeni asfalt-beton örtük döşənəcək. Belə ki, laylar arası əlaqələndirici bitum səpilməklə, 20 min kv.m-ə yaxın sahədə yol örtüyünün alt layının iri dənəli, üst layına isə xırda dənəli asfalt-beton qarışığı ilə tikintisi işləri aparılacaq.

Təbii ki, yol boyu hərəkətin normal təşkili üçün sonuncu mərhələdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolun üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da qısa müddət ərzində yolun tam yeni və müasir şəkildə inşası yekunlaşdırılaraq hər iki qəsəbənin əhalisinin istifadəsinə verilməsi planlaşdırılır.

Related Post

Avtobus dayanacaqlarını zəbt edən taksilər – “Memar Əcəmi dairəsi”ndə xaos – VİDEOAvtobus dayanacaqlarını zəbt edən taksilər – “Memar Əcəmi dairəsi”ndə xaos – VİDEO

Memar Əcəmi metrostansiyasının qarşısındakı dairədə nəqliyyat vasitələrinin xaotik vəziyyəti yaranıb. Taksilər avtobus dayanacaqlarını zəbt edib. Avtobuslar da yolun ortasında sərnişinləri endirirlər. Taksilər dayanacaqda saxlanılıb. Avtobuslar da yolun ortasında dayanıb, sərnişinlər