Avtoreyd.Az Gündəm Əli Həsənovun nəvəsi əfv üçün prezidentə müraciət etdi – AÇIQLAMA

Əli Həsənovun nəvəsi əfv üçün prezidentə müraciət etdi – AÇIQLAMA


Bakı Ağır Cinayətlər Məhkəməsin qərarı ilə, 6 il müddətinə azadlıqdan məhrum edilən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyev əfv olunması üçün prezident İlham Əliyevə müraciət edib.

AvtoReyd.Az xəbər verir ki, unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Nail Allahverdiyevin əfv məktubu Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına təqdim edilib.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev unikal.org-a Komissiyaya yüzlərlə müraciətin olduğunu və məhkumların kimlikləri barədə məlumatı açıqlamağın etik qaydalara uyğun olmadığını dilə gətirib:

“Bu fərdi məlumat sayılır. Bu barədə məlumatı yalnız müraciət edən məhkumun özü və yaxud yaxınları deyə bilər. Hər bir məhkum bu müraciəti edə bilər. Amma qanunvericiliyin müəyyənləşdirdiyi qaydada, müraciət araşdırılır və bir neçə meyara uyğun əfvə düşüb-düşməyəcəyi müəyyənləşdirilir.

Sonda məhkumun, zərərçəkmişin, cəmiyətin və eyni zamanda dövlətin maraqları nəzərə alınaraq qərar verilir. Yenə də ən sonda, əfvlə bağlı qərarı qəbuletmə hüququ cənab prezidentə məxsusdur. Bu baxımdan əvvəlcədən kiminsə əfv olunub-olunmayacağını deyə bilmərik”.

Related Post