Avtoreyd.Az Maraqlı “Çanta ixtirasına” görə qınanan tələbə üsyan etdi: “Dəfələrlə dedik ki…”

“Çanta ixtirasına” görə qınanan tələbə üsyan etdi: “Dəfələrlə dedik ki…”


“Xəzər Xəbər”də tələbə Nihad Quliyevin onlayn alış-veriş saytından aldığı çantanı öz ixtirası kimi təqdim edildiyi barədə məlumat vermişdik.

Bununla bağlı tələbə minval.info ilə əlaqə saxlayıb və açıqlama verib. Nihad Quliyev bildirib ki, onun özü TV əməkdaşlarına çantanı ixtira etmədiyini söyləyib. Lakin “Xəzər Xəbər” yanlışlığa yol verib və bu səbəbdən tələbə ictimaiyyət tərəfindən qınaq obyektinə çevrilib.

“Dəfələrlə dedik ki, bunu ixtira kimi verməyin. Onlar da razılaşdılar, lakin ixtira kimi təqdim etdilər. Hazırda onlarla danışıqlar gedir. Məsələ burasındadır ki, günəş panelli çantalar satışda var. Biz onun üzərinə bir neçə əlavələr etmişik. Bu, dördüncü hazırladığımız çantadır. Onlayn satışdakılar belə deyil” – tələbə bildirib.

Nihad Quliyevin vurğulayıb ki, o, heç kimi aldatmayıb, sadəcə, kiminsə səhlənkarlığı ücbatından məsələ bu yerə gəlib çıxıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mətbuat xidmətindən də məsələyə münasibət bildirilib. Qeyd olunub ki, tələbə çantanı ixtira kimi təqdim etməyib. Universitedən Nihad Quliyevin dediyi kimi əşyanın üzərində yalnız əlavələrin edildiyi söylənilib.

Related Post

Moskvadan rahatlıqla Qırğızıstana: bir furqonda 26 nəfər və təndır (Video)Moskvadan rahatlıqla Qırğızıstana: bir furqonda 26 nəfər və təndır (Video)

Ötən ayın rekordu vurulub. AvtoReyd.Az-ın məlumatına görə,Rusiyanın Krasnoyarsk vilayətində dövlət yol hərəkət təhlükəsizlik müfəttişliyinin əməkdaşları insanları Qırğızıstana daşıyan mikroavtobusu saxlayıblar.Nəqliyyat vasitəsində 26 nəfər olub.İnsanların mikroavtobusun içərisində kustar üsulla iki mərtəbəyə

Astara sakinindən qeyri-adi ixtira: Dönmə və qəza işıqları, yeni sükan və digər xırda detallar (Video)Astara sakinindən qeyri-adi ixtira: Dönmə və qəza işıqları, yeni sükan və digər xırda detallar (Video)

Astara sakinibir neçə avtomobilin ehtiyat hissəsindən qeyri-adi görünüşə malik avtomobil yığıb. Yeni maşın 100-dən artıq ot bağlamasını götürmək gücünə malikdir. Maşının əsas xüsusiyyəti isə qənaətçilliyidir. Dönmə və qəza işıqları, yeni