Yeni Zelandiyada uçan taksi təqdim edilib.
AvtoReyd.Az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, yeni texnologiyanı “Kitty Hawk” şirkəti “Google”nin dəstəyi ilə təqdim edib. Pilotsuz uçan taksi “Cora” elektrik mühərriki ilə təchiz olunub.
Yeni taksi səkkiz ilə hazırlanıb. Onun nə vaxt kütləvi satışa çıxarılacağı barədə məlumat verilmir. Uber daxil olmaqla hava taksisini Airbus,Porsche və diqər şirkətlər hazırlayır.Vahana-ı adlandırılmış Airbus prototipi fevralda Oreqonda birinci uçuş keçirdi və şirkət rəhbərliyi 2020-ci ildə bu layihəni satışa çıxaracağı gözlənilir.