Avtoreyd.Az Dörd çarx Nazir əmr verdi – Piyadalara görə polislərin sayı artırıldı – VİDEO

Nazir əmr verdi – Piyadalara görə polislərin sayı artırıldı – VİDEO


Ölkə üzrə küçə və yollarda piyadaların hərəkətini tənzimləmək məqsədilə xidmət aparan polis əməkdaşlarının sayı artırılıb. Məqsəd piyada vurulması hallarının qarşısını almaqdır. Daxili işlər nazirinin əmri ilə post-patrul xidmətinin 200-dən çox əməkdaşı yol polisinə ezam olunub.

İlin əvvəlindən bu günə qədər piyadaların vurulması ilə baş verən qəzaların sayı, ötən ilin müvafiq dövrü ilə müqayisədə çoxalıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyevin sözlərinə görə, ötən ilin yanvar və fevral aylarında respublika üzrə qəzalarda 40 piyada ölübsə, cari ilin müvafiq dövründə bu rəqəm 63 nəfərə çatıb. Narahatlığa səbəb olan bu cür xoşagəlməz faktların qarşısını almaq məqsədi ilə daxili işlər orqanlarının digər bölmələrindən əlavə 200-dən çox polis yol polisinə ezam olunub. Qeyd edək ki, Post-Patrul Xidmətindən yol polisinə ezam olan həmin şəxslər şəhərin sıx olan ərazilərində xidmət aparırlar.

Kamran Əliyev onu da bildirdi ki, həmin Post-Patrul Xidmətinin əməkdaşlarına müvafiq qaydada kurslar keçilib, vətəndaşlarla ünsiyyət, yol hərəkəti qaydaları və “Yol hərəkəti haqqında” qanunun tələbləri izah olunub. Onlar biliklərə tam yiyələndikdən sonra xidmətə başlayıblar. Yəni həmin polislər də qanusuz yerdən keçən piyadaya protokol tərtib edə biləcək.

Onu da qeyd edək ki, yol polisinə ezam olunmuş həmin polislər piyadalarla yanaşı, nəqliyyat vasitələrinin də hərəkətini tənzimləyərək həm təhlüləsizliyi təmin edirlər, həm də sıxlıq yaranmasının qarşısını alırlar.

Related Post

Bir-neçə ərazidə təmir və rənglənmə işləri aparılırBir-neçə ərazidə təmir və rənglənmə işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız

Bakıda avtobusdan “sallanan” sərnişinlər: günümüzün problemi – (VİDEO)Bakıda avtobusdan “sallanan” sərnişinlər: günümüzün problemi – (VİDEO)

İnsanların həyatını təhlükəyə atan avtobus sürücüsü sərnişindaşıma qaydalarını pozub AvtoReyd.Az Bakıda daha bir avtobusda sərnişindaşıma qaydalarının pozulmasını əks etdirən video yayılıb. Videonu XəzərXəbər-in votsap nömrəsinə göndərən izləyici bildirib ki, bu mənzərə