Avtoreyd.Az Dörd çarx Sürücülərin nəzərinə: 4-cü mikrorayon dairəsində dəyşiklik edilib – VİDEO

Sürücülərin nəzərinə: 4-cü mikrorayon dairəsində dəyşiklik edilib – VİDEO


Pik saatlarda yaranan sıxlığı aradan qaldırmaq məqsədi ilə 4-cü mikrorayon dairəsində dəyşiklik edilib.

Xezerxeber.az-ın məlumatına görə, dairəyə daxil olan nəqliyyat vasitələri artıq işıqforla tənzimlənəcək. Bir neçə gün əvvəl Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları dairənin ətrafına, yəni Cavadxan və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində işıqforlar quradşrırıb.

Qeyd edək ki, sözügedən ünvanda qəzalar tez-tez baş verirdi. Həmin kadrlar günün müxtəlif vaxtlarında ərazidəki təhlükəsiz şəhər kameralarına da düşüb.

Yaxın günlərdə dairədə hərəkət işıqforla tənzimlənəcək. Yol polisi bunun effektiv olacağını düşünür.

Elə sürücülər də yoldakı dəyişikliyin hərəkətə müsbət təsir edəcəyini deyirlər. Onlar bunun əsasən günün axşam saatlarında hiss olunacağını bildirirlər.

Gözlənilən nəticə əldə olunmazsa, işıqforun fəaliyyəti dayanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Bir-neçə ərazidə təmir və rənglənmə işləri aparılırBir-neçə ərazidə təmir və rənglənmə işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-52 km-də (hər iki istiqamət) yol qəzaları zamanı yararsız