Avtoreyd.Az Dörd çarx Tbilisidə elektrik avtobus istehsal ediləcək

Tbilisidə elektrik avtobus istehsal ediləcək


Gürcüstanın “Freqobas” şirkəti Tbilisidə Almaniya və Çin tərəfdaşları ilə birlikdə elektrikli avtobus istehsalı üzrə zavod açacaq.

AvtoReyd.Az FED.az-a istinadən xəbər verir ki, şirkətin rəhbəri Murmana Patarayanın verdiyi məlumata görə, müəssisə Tbilisi yaxınlığında yerləşəcək və burada təxminən 150 nəfər işləyəcəkdir.

Zavodda elektrik avtobusların yığılması və lazımi hissələrinin istehsalı nəzərdə tutulur. Avtobusa elektrik yığmaq üçün lazım olan qurğular şirkətin tərəfdaşları tərəfindən təmin ediləcək

İldə 300-400 avtobusun yığılması və  Avropa İttifaqının müxtəlif ölkələrinə ixracı nəzərdə tutulur.

“Freqobas”  2017-ci ilin noyabr ayında Çinin “ZTE Corporation” və Almaniyanın “Eurobus” şirkətilə Gürcüstanda  elektrikli avtobus istehsalı məqsədi ilə saziş imzalayıb.

Related Post

Kimyəvi təmizləməyə maraq artıb – Bu təmizləmə avtomobilə ziyan da vura bilər – VİDEOKimyəvi təmizləməyə maraq artıb – Bu təmizləmə avtomobilə ziyan da vura bilər – VİDEO

Avtomobilin oturacaqları sökülür, təhlükəsizlik kəmərləri və salonu xüsusi mayə ilə yuyulur. Son illər avtomobillərin kimyəvi təmizlənməsinə maraq artıb. Xezerxeber.az-ın məlumatına görə, bu işlə məşğul olanlar bildirir ki, əsasən yaz fəslində