Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən Rusiya imkanlar ölkəsidir adlı forumda səhnəyə çıxan zamanı yıxılıb.
AvtoReyd.Az NTV-yə istinadən xəbər verir ki,Lavrov pilləkənə ilişərək dizi üstə yıxılıb, lakin tez qalxaraq öz yerini tutub.
Rusiya XİN rəhbəri öz nitqini forumda zarafatla başlayıb:
“Görürsünüz? İlişdim. Yaxşı ki, diplomatik cəbhədə yox, forumda yıxıldım”.