Avtoreyd.Az Dörd çarx Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)

Şamaxının 5 kəndini birləşdirən yolun təmirinə başlanılıb (Video+Foto)


Şamaxı rayonunun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi kəndlərini birləşdirən avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasına başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, sözügedən yolun tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

16 km uzunluğa malik yol IV texniki dərəcəyə uyğun 6 metr hərəkət hissə və 2 metr çiyinlər də daxil 10 metr enində tikilir. Bunun üçün hazırda ərazidə 190 min kubmetr həcmdə torpaq işləri görülür, yararlı çınqıl materialı tökülərək kipləşdirilir və yeni yol yatağı inşa olunur.

Torpaq işlərindən əlavə yol boyu yeni suötürücü dəmir-beton boruların tikintisinə də ehtiyac var. Bu məqsədlə 5 nöqtədə dairəvi boruların quraşdırılması, başlıqlarının dəmir-betonla tikintisi işləri aparılacaq.

Texnoloji ardıcıllığa uyğun olaraq, yol yatağı hazır olandan sonra çınqıl-qum və qırmadaş-qum qarışıqlarından istifadə olunmaqla normativ qalınlıqda əsasın tikintisi aparılacaq. Daha sonra asfaltlanma işlərinə başlanılacaq ki, bu zaman müvafiq olaraq iri və xırda dənəli asfalt-beton qarışığından istifadə edilməklə 96 min kvadratmetr sahə asfaltlanacaq.

Layihəyə uyğun tikinti işləri bitəndən sonra hərəkətin normal təşkili üçün 96 ədəd müxtəlif yol nişanı ( km göstərici, xəbərdaredici, üstünlük bildirici, informasiya göstərici və s.), həmçinin 640 ədəd siqnal dirəyi quraşdırılacaq, 48 km uzunluğunda xətlənmə işləri aparılacaq.

Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun yenidən qurulması ilə 4 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq.

Related Post

Sürücülərin nəzərinə:Bu prospektdə hərəkət qismən məhdudlaşdırılacaqSürücülərin nəzərinə:Bu prospektdə hərəkət qismən məhdudlaşdırılacaq

Bakı Nəqliyyat Agentiyi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə,Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağıından başlayaraq “Çermet körpüsü“-nə qədər olan hissəsində