Avtoreyd.Az Dörd çarx TƏHLÜKƏ: Avtobus hərəkətdə ola-ola qəfildən içərisini tüstü basır – VİDEO

TƏHLÜKƏ: Avtobus hərəkətdə ola-ola qəfildən içərisini tüstü basır – VİDEO


Dəfələrlə paytaxtda fəaliyyət göstərən bəzi marşurt avtobuslarının texniki sazlığı yoxlanılmadan xəttə buraxılması ilə bağlı xəbərlər təqdim etmişik. Ancaq, nə fayda hələ də bəzi sahibkarlar bundan bir nəticə çıxarmırlar. İndi təqdim edəcəyimiz görüntülər isə 32 saylı marşurt avtobusunda qeydə alınıb.

Avtobus hərəkətdə ola-ola qəfildən içərisini tüstü basır. Sərnişinlər isə təşviş içərisində sürücüyə avtobusu saxlamagı təkid edirlər.

Bundan sonra sürücü avtobusu yolda saxlayaraq sərnişinləri avtobusdan düşürür. Sonra isə elə bu vəziyyətdə də yoluna davam edir.

Hadisə metronun Neftçilər stansiyası istiqamətinə hərəkət edən 32 saylı marşurt avtobusunda qeydə alınıb. Elə görüntülər də avtobusun içərisində olan sərnişinlərin biri tərəfindən çəkilərək Xəzər Xəbərin vatsap nömrəsinə göndərilib. Məlumata görə, avtobus hərəkətdə olarkən qəfildən təkərləri alışmağa başlayıb və içərisini tüstü börüyüb. Nəticədə də sərnişinlər arasında təşviş düşüb.

Məsələ ilə bağlı 32 saylı marşurt avtobusunun sahibkarı Tahir İbrahimov Xəzər Xəbərə bildirdi ki, avtobus hərəkətdə olan zaman turbo sistemi dağılıb.Buna görə də tüstü burxamağa başlayıb. Sərnişinlər düşürdüləndən sonra avtobus təmir olunmaq üçün depoya göndərilib. Hazırda da avtobusun təmiri işləri aparılır.

Related Post

Sürücülərin nəzərinə: bu yolda diqqətli olun.Sürücülərin nəzərinə: bu yolda diqqətli olun.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinindən AvtoReyd.Az–a verilən məlumata görə,  avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 15-45-ci km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində yararsız vəziyyətə

Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsi istismara verilib (Foto)Mingəçevir-Bəhramtəpə yolunun 26 kilometrlik hissəsi istismara verilib (Foto)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib. AvtoReyd.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin