Avtoreyd.Az Gündəm Bayram günlərinin hava proqnozu açıqlanıb

Bayram günlərinin hava proqnozu açıqlanıb


Azərbaycanda martın 20-22-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 7-10, gündüz 14-19, Bakıda gecə 8-10, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Martın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 8-10, gündüz 12-17, Bakıda gecə 8-10, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 6-8, gündüz 11-16, Bakıda gecə 6-8, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət 65-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 5-10, gündüz 19-24, dağlarda gecə 3-7, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gün ərzində bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

Martın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 19-24, dağlarda gecə 2-5, gündüz 12-17 dərəcə isti olacaq.

ETSN xəbərdarlıq edir ki, martın 21-24-də bəzi rayonlarda arabir güclənən qərb küləyinin əsəcəyi gözlənilir.

AvtoReyd.Az

Related Post

Nobel prospektində yeraltı piyada keçidinin inşası yekunlaşıb – VİDEO / FOTONobel prospektində yeraltı piyada keçidinin inşası yekunlaşıb – VİDEO / FOTO

“Azəravtoyol” ASC-dən  AvtoReyd.Az-a verəlin məlumata əsasən”Ağ şəhər” avtomobil yollarının infrastruktur layihəsi” çərçivəsində Xəqani Rüstəmov küçəsi ilə Nobel prospektinin kəsişməsində inşa edilən yeraltı piyada keçidində tikinti işləri yekunlaşıb. Artıq vətədaşlar keçiddən

Azərbaycanda istirahət günləri üçün müşahidə olunacaq hava proqnozu açıqlanıbAzərbaycanda istirahət günləri üçün müşahidə olunacaq hava proqnozu açıqlanıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən AvtoReyd.Az-a verilən məlumata görə, iyunun 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək,