Avtoreyd.Az Hadisə Tovuzda jurnalistlərə hücum (Video)

Tovuzda jurnalistlərə hücum (Video)


Tovuzda yol polisi reyd keçirərkən saxlanılan maşınlardan birinin sürücüsü və sərnişini “ARB 24” telekanalının çəkiliş qrupuna hücum edib.

Əvvəlcə sürücü telekanalın ona sual vermək istəyən müxbirini itələməyə başlayıb, sonra isə avtomobilin sərnişini də sürücüyə qoşulub.

“Sən kimsən axı, icazəsiz çəkirsən?”- deyə qadın qışqırıb.

Sürücü də ona suallar yağdırıb: “Hansı qaydanı pozmuşam? Yol kəsmişəm, adam öldürmüşəm? Hansı qayda? 40 maşın gedib, hansı biri qaydanı pozmayıb, kəməri taxıb? Mikrofonu da o tərəfə elə”.

Reyd zamanı 50-ə dək sürücü yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnib.

http://www.youtube.com/watch?v=w2YZNhTjAf0

Related Post

Azərbaycanda 8 yerdə ağaclar və iri budaqlar qırılaraq yolun hərəkət hissəsinə aşıbAzərbaycanda 8 yerdə ağaclar və iri budaqlar qırılaraq yolun hərəkət hissəsinə aşıb

Bu gün səhər saatlarında şimal-qərb bölgəsində güclü küləyin əsməsi nəticəsində respublika əhəmiyyətli İsmayıllı-Qaraməryəm-Şəki-Oğuz avtomobil yolunun Oğuz rayonunun ərazisindən keçən 106-111-ci km-lik hissəsində 7 nöqtədə, Kərimli avtomobil yolunda isə 1 nöqtədə