Yaponiyada Xonsyu adasının sahillərində «Fukuoka-2» sərnişin paromu Akasi limanından çıxarkın üzən mayakla toqquşub. FaktXeber.com-un məlumatına görə, bu barədə Kyodo agentliyi xəbər yayıb. Bildirilir ki 10 metr uzunluğunda olan 8 tonluq mayakla toqquşma nəticəsində zərərçəkən olmayıb, bununla belə gəmi yoluna davam edə bilməyib. Belə ki, üzən mayakı fiksasiya edən zəncir paromun vintinə dolaşıb.
Hazırda 509 sərnişinin və heyət üzvlərinin evakuasiyası planlaşdırılır.