Avtoreyd.Az Dörd çarx Tıxacda qalanlar üçün VACİB TÖVSİYƏ – Bunu etməyin!

Tıxacda qalanlar üçün VACİB TÖVSİYƏ – Bunu etməyin!


Böyük Britaniyanın cənub-şərqində Surrey universitetinin alimləri maraqlı araşdırma ilə dünya mediasının diqqətini çəkiblər. Belə ki, alimlər yollarda qeydə alınan çoxsaylı tıxacların həm sürücülərin, həm də sərnişinlərin sağlamlığı üçün olduqca təhlükəli olduğunu sübut ediblər.

AvtoReyd.Az xəbər verir ki, alimlər apardığı tədqiqatlar zamanı bir çox xroniki xəstəliklərin şiddətlənməsinin səbəbini ortaya çıxarıb. Geniş araşdırmanın nəticəsi “Atmospheric Environment” jurnalında dərc edilib.

Tədqiqat zamanı tıxaclarda avtomobillərdən ayrılan zərərli tüstü və qazların səviyyəsinin normadan yüksək olduğu təsdiqlənib. Bu isə insan orqanizmi üçün olduqca ziyandır. Bununla yanaşı, bağlı pəncərələrlə maşında kondisioneri qoşmaq hərəkət zamanı avtomobildən ayrılan zərərli tüstü və qazların 76%-nin avtomobilin içərisinə daxil olmasına səbəb olur. Bu isə insanların zəhərlənməsi deməkdir.

Bu səbəbdən mütəxəssislər saatlarla tıxaclarda qalan sürücülərə kondisioneri söndürməyi tövsiyə edir. Mühitindən asılı olmayaraq zərərli tüstülər saçan çoxsaylı avtomobillərin əhatəsində kondisioneri işlək saxlamaq bütün zərərli qazların avtomobilə daxil olması ilə nəticələnir.

/Publika

Related Post

Zaqatala rayonunda 23 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTOZaqatala rayonunda 23 min əhalinin istifadə etdiyi yol yenidən qurulur – VİDEO / FOTO

Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müvafiq işlərə başlanılıb. Agentliydən AvtoReyd.Az-a verilən məlumata görə,37.5 km