Ölkəmizdə ərəb turistlərin sayı günü-gündən çoxalır. Elə buna görədə əksər restoranlarda ərəbcə menyular təqdim edilir və ya ərəbcə bilən ofisiantlar işləyir.
Xezerxeber.az-ın məlumatına görə, amma turistlərin tez-tez müraciət etdiyi taksi xidmətindən çalışanlar isə ərəbcə bilmirlər. Bu isə sürücü ilə müştəri arasında anlaşılmazlığa səbəb olur. Sorğu zamanı əksər ərəb turistin ingiliscə bilmədiyinə şahid olduq.
Ərəbcə bilən əksər bələdçilər isə həm də turistlər üçün sürücülük edirlər. Amma belə şəxslərin sayı çox azdır.
Taksi şirkətlərində ərəb dilini bilən sürücülər olmur.
Ölkəmizdə ərəb dilini bilənlərin sayı çox olmadığından hazırda bu dilə tələbat böyükdür.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: