Avtobus dayanacağında parkomat quraşdırılıb. Nəticədə avtobus sürücüləri nəqliyyat vasitəsini yolun hərəkət hissəsində saxlayırlar ki, bu da tıxaclara səbəb olur.
Xezerxeber.az-ın məlumatına görə, avtobuslar yolun hərəkət hissəsində saxlayıb sərnişin düşürürlər.
Sürücülərin qayda pozmasının isə bir səbəbi var: avtobus dayancağının olduğu ərazi həmçinin avtomobil dayancağı kimi də istifadə olunur.
Məsələn, paytaxtın Yasamal rayonu, Şərifzadə küçəsi, “ASAN xidmət” mərkəzinin yaxınlığında belə bir vəziyyət yaşanır. Ərazidə avtobus dayanacağını bildirən nişan qoyulub, eləcə də asfalt örtüyünə də xüsusi zolaq çəkilib və prakomat quraşdırılıb. Buna görə də sürücülərin əksəriyyəti avtobus dayancağında avtomobillərini park edilər. Təbii ki, bundan da ən çox əziyyət çəkən avtobus sürücüləridir. Bu anlaşılmazlıq həmin yolda, xüsusən axşam saatlarında tıxacın yaranmasına gətirib çıxarır.
Ərazidə parkomata nəzarət edən Bakı şəhər İcra Hakimiyyəti Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin nümayəndəsi “Xəzər-Xəbər”ə şifahi olaraq bildirdi ki, faktla bağlı İdarəyə məlumat verilib və yaxın günlərdə avtomobil dayanacağının olduğununu bildirən nişan ərazidən götürüləcək. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, əməkdaşları tərəfindən əraziyə baxış keçiriləcək və problem aşkar edilərsə, qurum tərəfindən məsələnin həlli istiqamətində işlər görüləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: