Bakıda intihara cəhd olub.
APA-nın məlumatına görə, Xətai rayonu ərazisində, Xocalıküçəsində bir nəfər doqquzmərtəbəli binanın 4-cü mərtəbəsindən özünü atmaq istəyib.
Hadisə yerinə xilasedicilər cəlb edilib. Aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb.
Faktla bağlı araşdırma aparılır.