Avtoreyd.Az Avtoxəbər Bu maşınların qiyməti bahalaşdı

Bu maşınların qiyməti bahalaşdı


Aavtomobil bazarında işlənmiş maşınların qiyməti qalxıb.

AvtoReyd.Az Axar.aza istinadən xəbər verir ki, buna səbəb onların az yanacaq sərf etməsi və təzə maşınların yüksək qiymətə təklif edilməsidir.

Hazırda bazarlarda “Mersedes”, “Nissan Tida”, “Kia Rio”, “Hunday Aksent”, “Opel”, “Şevrolet” markalı işlənmiş maşınlara tələbat çoxdur. Paytaxtda taksi firmalarının sayının artması və sürücülərin işlənmiş maşınlar alaraq onlarla işləməsi bazarda ikinci əl avtomobillərin qiymətinə təsir edib. Ona görə də 2008-ci il istehsalı olan “Nissan Tida” 2016-cı ildə 6500-7000 manat idisə, indi 12000-14000 manat civarında satılır.

“Hunday Aksent” markalı maşınların da qiyməti dəyişib. 2012-ci ilin istehsalı olan bu avtomobillər 20.000 manatadır.

Taksi sürücülərinin çox istifadə etdiyi “Opel Astra” markalı maşınları hazırda – 1998-ci il istehsalı 7000 manata, 2007-ci il buraxılışı 11000 manatadır.

“Şevrolet Aveo” 9000-12000 manat, “Mersedes 180” 14000-15000 manatdır.

Related Post

Bu gündən icbari sığorta müqaviləsi bağlamamış avtomobil sahibləri barəsində elektron protokollar tərtib ediləcəkBu gündən icbari sığorta müqaviləsi bağlamamış avtomobil sahibləri barəsində elektron protokollar tərtib ediləcək

Bu gündən (iyunun 7-dən) sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamış avtonəqliyyat vasitələrinin sahibləri barəsində inzibati xəta haqqında elektron protokolların tərtib edilməsinə başlanılacaq. Bu barədə  Baş Dövlət Yol Polisi (DYP) İdarəsindən