Avtoreyd.Az Gündəm Gəncə-Alabaşlı dəmir yolunun bir hissəsinin təmirinə başlanılıb (Foto)

Gəncə-Alabaşlı dəmir yolunun bir hissəsinin təmirinə başlanılıb (Foto)


Bakı-Böyük Kəsik istiqamətində aparılan əsaslı təmir işləri çərçivəsində bu gündən etibarən Gəncə-Alabaşlı mənzilində 7,2 km  yolun əsaslı təmirinə başlanılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən AvtoReyd.Az-a verilən məlumata görə, işlər bir həftə  davam edəcək. Təmir işlərini 5 saylı İDYM MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiyanın “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə saziş imzalanıb.

Qeyd edək ki, yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 475 km dəmir yolu əsaslı təmir olunub.

Related Post

Bakıda hava isti olacaqBakıda hava isti olacaq

Ölkə ərazisində aprelin 12-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı,

Sabaha olan hava proqnozuSabaha olan hava proqnozu

İstirahət günü Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AvtoReyd.Az-a verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə