Respublikanın bəzi yollarında sürüşmə sahələrinin aktivliyi artıb.
Xezerxeber.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının keçirdyi son yoxlamalardan sonra bəzi yollarda sürüşmə təhlükəsinin artdığı müşahidə olunub. Bakı Şamaxı yolunda da sürüşmə sahəsində aktivlik qeydə alınıb.
Xidmətinin baş geoloqu Rasim Niftəliyevin sözlərinə görə, sözügedən yollarda sürüşmə sahələrində aktivliyin artması sürücülər üçün də təhlükəlidir.
Bundan başqa, təbii amillərin təsirindən Masazır və Zığ qəsəbəsində də sürüşmə sahəsində nisbi aktivlik qeydə alınıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim ediikr: