Avtoreyd.Az Hadisə Bakıda 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib – 100 minlik mənimsəmə – VİDEO

Bakıda 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib – 100 minlik mənimsəmə – VİDEO


Taksi xidməti göstərmək istəyən 200 nəfərə yaxın şəxs fırıldaqla üzləşib. Onları minik avtomobili kirayə vermək adı ilə aldadaraq külli miqdarda pullarını alıblar.

Xezerxeber.az-ın məlumatına görə, 200 nəfərə yaxın adamı aldadaraq 100 min manata yaxın pul mənimsəyiblər.

Saytlardan birində taksi fəaliyyəti göstərmək üçün minik avtomobillərinin kirayəyə verildiyi haqda elan yerləşdirilib. Şərtlərdə də qeyd edilib ki, 48 ay ödənişdən sonra maşın sürücüyə qalacaq. Elanı görən 200-ə yaxın vətəndaş da həmin şəxslə əlaqə saxlayıb və razılığa gəlib, tələb edilən məbləğlər də ödənilib.

Hətta kirayə maşın götürmək istəyən insanlar İlqar İsmayılov küçəsində yerləşən ofisə dəvət edilib və orada onlara 2 maşın göstərilib. Bu yolla da 200-ə yaxın vətəndaş aldadılıb.Vətəndaşlara verilən nömrələrə isə zəng catmır.

Aldadıldıqlarını bilən şəxslər polisə müraciət ediblər. Onlar Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə dəvət edilərək izahatları alınıb, araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

İsmayıllıda avtomobil mal-qara sürüsünə çırpılıb, 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb (Foto)İsmayıllıda avtomobil mal-qara sürüsünə çırpılıb, 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb (Foto)

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 3 nəfərin ölümü, 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, iyunun 14-də gecə saat 23:00 radələrində yolun 177-ci

Ağcabədidə maye qazdoldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olubAğcabədidə maye qazdoldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olub

Ağcabədidə maye qazdoldurma məntəqəsində baş verən partlayışda ölən və yaralananın kimliyi məlum olub. AvtoReyd.Az APA-ya istinadən verdiyi xəbərinə görə, partlayış zamanı yanacaqdoldurma məntəqəsinin sahibi, 64 yaşlı Cəfərov Nahid İsa oğlu Ağdam Mərkəzi Rayon xəstəxanasına