Avtoreyd.Az Dörd çarx Bakıda nəhəng LAYİHƏ – Ziya Bünyadov prospekti ilə Balaxanı yolu birləşəcək

Bakıda nəhəng LAYİHƏ – Ziya Bünyadov prospekti ilə Balaxanı yolu birləşəcək


Bakıda daha bir magistral yol layihəsi reallaşacaq.

AvtoReyd.Az xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Məlumata görə, həmin yol Böyükşor gölünün kompleks bərpası layihəsi çərçivəsində gölün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üzərindən keçəcək.

8 xətli magistral yol paytaxtın Ziya Bünyadov prospekti ilə Balaxanı şosesini birləşdirəcək.

Qeyd edək ki, yolun uzunluğu 2 km olacaq.

Related Post

Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTOAğstafa-Köçəsgər avtomobil yolunun tikintisi yekunlaşıb – VİDEO / FOTO

Ağstafa rayonunun Ağstafa-Köçəsgər avtomobil yolunun tikintisi və yenidənqurma işləri yüksək keyfiyyətlə aparılaraq yekunlaşdırılıb. “Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a verilən məlumata görə, sözügedən avtomobil yolu artıq yeni və müasir görkəmdə vətəndaşların istifadəsindədir. Ağstafa-Köçəsgər avtomobil

Bakı-Ələt-Qazax istiqamətində hərəkət qismən məhdudlaşdırılacaqBakı-Ələt-Qazax istiqamətində hərəkət qismən məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.