Bakının daha bir yolunda çökmə olub.
Minval.info xəbər verir ki, hadisə Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində qeydə alınıb. Bu barədə sürücü Tural Əliyev məlumat verib.
Onun sözlərinə görə, avtomobili hərəkətsiz vəziyyətdə olduğu zaman qəfildən maşının önü batıb: “”Neftçilərdə, idman mərkəzinin yanında dayanmışdım, özüm də avtomobildə əyləşmişdim. Bir də gördüm maşının bir tərəfi batdı. Düşüb baxdım ki, avtomobilin təkəri çuxura düşüb. İnanırsınız, dayandığı yerdə çökdü”.
Sürücü çökən hissənin dərinliyinin təxminən 2 metr olduğunu söyləyib: “Maşını həmin yerdən çəkdikdən sonra çökən hissəyə baxdım, çox dərin idi. Allah eləməsin biri ora düşsə, canından olar. Ən azından ayağını sındırar”.