Avtoreyd.Az Avtoxəbər “Honda” 373 mindən çox avtomobili geri çağırır

“Honda” 373 mindən çox avtomobili geri çağırır


“Honda” şirkəti Çin bazarından 373 mindən çox avtomobili geri çağırır.

Trend-in məlumatına görə, qərar avtomobillərdə təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla bağlıdır.

Qeyd olunur ki, geri çağırılma “Accord”, “Fit”, “Crosstour”, “City” və “Eventus S1” modellərinə şamil olunacaq.

Xatırladaq ki, fevralın əvvəlində “Honda” mühərrikdəki nasazlıqlarla əlaqədar Çində 350 minə yaxın CR-V və “Civic” modelini geri çağırmışdı.

Qeyd edək ki, 2017-ci ildə isə Çində ümumilikdə 20 milyondan çox avtomobil geri çağırılıb.

AvtoReyd.Az

Related Post

UAZ-3153 Nissan Patrol Safari-lə “birləşdirib” əhəmiyyətli dərəcədə yaxşılaşdırdılar (Foto)UAZ-3153 Nissan Patrol Safari-lə “birləşdirib” əhəmiyyətli dərəcədə yaxşılaşdırdılar (Foto)

Sevastopolda unikal UAZ-3153 aşkar edililib.Avtomobil sahibinin sözlərinə görə,UAZ-dan yalnız gücləndirilmiş çərçivə və kuzov qalıb. Bütün qalanı  Nissan Patrol Safari 1995-in buraxılış ilinindən götürülüb. Yapon yolsuzluq avtomobilindən  mühərrik, ötürmə qutusu,körpülər, həmçinin