Avtoreyd.Az Çəkdiklərimiz Sürücülərlə DYP arasında mübahisə yaradan məsələ və “Təmiz hava” (Video)

Sürücülərlə DYP arasında mübahisə yaradan məsələ və “Təmiz hava” (Video)


Mən anladım ki. hava insanların, bütövlükdə canlıların yaşamasının əsas şərtidir.Dünyanın böyük şəhərlərinin ən ciddi problemi havanın hədsiz dərəcədə çirklənməsidir. Meqapolislərdə havaya atılan tullantıların 60-90 faizi avtomobillərin payına düşür. Müqayisə üçün qeyd edək ki, ABŞ-da havanın 75 faizi avtomobillərin hesabına çirklənir. Eyni zamanda, ildə bir avtomobil atmosferə təqribən 800 kiloqram dəm qazı, 40 kiloqram azot oksidi və 200 kiloqram karbon qazı buraxır.Böyük şəhərlərdə tüstü, toz, duman və avtomobillərdən ayrılan zəhərli qazlar ən ağır xəstəliklərə və minlərlə insanın ölümünə səbəb olur. Atmosferi mühafizə etməyin ən səmərəli vasitəsi üçün çirklənməsinə yol verməməkdir. Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkə ərazisində “Təmiz hava” aylığına altında yoxlamalar keçirdir. Eyni zamanda bu məsələdə avtomobillərin saz vəziyyətdə olması da vacib şərtlərdəndir.Reydlərdə xeyli avtomobilin havanı həddindən artıq çirkləndirməsi aşkar edilir. Məlumat üçün deyim ki, paytaxta havanı daha çox çirkləndirən avtomobillər sırasında əsasən avtobuslar, Rusiya istehsalı olan “VAZ-2106”, “VAZ-2107″, “QAZ-24”, “Tofaş”, “UAZ” və “KamAZ” markalı maşınlar yer alır.Bu dəfəki videoda isə xarici avtomobil şəhərin ortasında tüstüləyə -tüstüləyə hərəkət edir.Bəs qanun bu halda nəyi deyir? Bəzi mənbəlrin məlumatına görə,avtomobildən ixrac olunan zəhərli qazların miqdarı artıq olan nəqliyyat vasitəsi sahiblərini 150 manat cərimə göləyir. Bu, kökündən yanlış xəbərdir.“İnzibati Xətalar Məcəlləsinin 342.5 maddəsi ilə xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşə yuyanları və ya təkərləri və şinləri və ya mühərriki yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 (əlli) manat cərimə edilir. Ancaq mühərrikində və ya diqər hissəsində problem olan avtomobilin sürücüsünü saxlayıb 50 manat cərimə yazmaqla problem həll olunmur. Sürücü gedib cəriməsini ödəyir, nasazlıq isə yerindəcə qalır. Avtomobil yenə də əvvəlki kimi havanı zəhərləyir. Axtarıb düzgün mexanizm tapmaq və sürücülər arasında effektiv maarifləndirmə aparmaq lazımdır ki, sürücülər cəriməni ödəməklə özlərini problemlərini həll etmiş hesab etməsinlər”.

“Nəqliyyat vasitələrinin həm səs-küyü, həm də ondan çıxan zəhərli qazlar ekoloji təmizliyə aiddir. Bu cür cəmiyyətə və insanlara mane olan şeylərə diqqət etmək lazımdır.

AvtoReyd.Az

Related Post

Sürücülərin nəzərinə: Bu yolda yeni radar quraşdırılıb (Video)Sürücülərin nəzərinə: Bu yolda yeni radar quraşdırılıb (Video)

AvtoReyd.Az-ın məlumatına görə paytaxtın yeni salınan yolunda “Sovetski” adlanan ərazidə üzü  Nərimanov dairəsindən  gələrkən sağa beş mərtəbə, yəni Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrinə doğru istiqamətində Murtuza Muxtarov küçəsinin kəsişməsinə yaxın,Azdramanın arxasında yeni radar quraşdırılıb.Unutmayın