Avtoreyd.Az Hadisə Azərbaycanlı Bakıya uçan sərnişin təyyarəsini qaçırmaq istədi (Video)

Azərbaycanlı Bakıya uçan sərnişin təyyarəsini qaçırmaq istədi (Video)


Moskvadan Bakıya gəlmək üçün Atatürk Hava limanı Beynəlxalq Terminalında gözləyən Rusiya vətəndaşı olan sərnişin təyyarəni qaçırmaq üçün qapını qırıb.

Azərbaycan əsilli Elşad Hüseynzadə (45 yaş) saat 01:30-da Bakıya uçuşu planlaşdırılan sərnişin təyyarəsinin qalxmasına az qalmış hava limanında qapalı olan plastik qapını yumruq və təpikləyərək qırıb. Hüseynzadə qapını qıraraq təyyarəyə doğru qaçmağa başlayıb.

Olay barədə səlahiyyətlilər tərəfindən dərhal polisə məlumat verilib. Polis Rusiya vətəndaşı olan sərnişinin qarşısını ala bilib. Elşad nəzarətə götürülüb

Onun ifadəsinin alındığı deyilir. İçkili olduğu iddia edilən sərnişin sərbəst buraxılıb.

Qeyd edək ki, Hüseynzadə THY-nin TK-416 saylı təyyarəsi ilə yerli vaxtla saat 23:45-də Moskvadan İstanbula gəlibmiş.(milli.az)

Related Post

Bakı-Şamaxı yolunda avtomobil aşdı – Sürücü və həyat yoldaşı xəstəxanalıq oldu – VİDEOBakı-Şamaxı yolunda avtomobil aşdı – Sürücü və həyat yoldaşı xəstəxanalıq oldu – VİDEO

Bakı-Şamaxı yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. AvtoReyd.Az ARB TV-ə istinadən xəbər verir ki, Bakı şəhər sakini 25 yaşlı Ceyhun Kərimov “KİA” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarə