Avtoreyd.Az Gündəm Ramil Usubov tanınmış polkovnikin oğlunu işdən çıxartdı

Ramil Usubov tanınmış polkovnikin oğlunu işdən çıxartdı


Müdafiə Nazirliyinin keçmiş Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğlu polis orqanlarından azad olunub.

AvtoReyd.Az Unikal.org-a istinadən xəbər verir ki, Suraxanı Dövlət Yol Polisinin əməkdaşı Novruz Abdulla oğlu Qurbani xidmətdə verdiyi nöqsanlara görə Daxili İşlər orqanlarından xaric edilib. Onun işdən azad olunmasına səbəb vətəndaşın şikayəti əsasında aparılan yoxlamalar olub.

Suraxanı rayonu DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Sadıx Abbasov unikal.org-a Novruz Qurbaninin işdən azad olunması faktını təsdiqləyib.

Related Post

Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər yeni qayda ilə cərimə olunacaq.Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər yeni qayda ilə cərimə olunacaq.

Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar edilib cərimə olunacaq. Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. O bildirib ki,