Milli Məclis və Nazirlər Kabinetinin bəzi maşınları satışa çıxarılır.

AvtoReyd.Az Modern.az-a istinadən məlumat verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 8 may tarixində Nazirlər Kabineti və Milli Məclisin satmaq istədiyi avtomobillərlə bağlı auksion təşkil edəcək.

NK hərraca özəlləşdirmə üçün iki BMV-730 markalı avtomobil təqdim edib. 2006-cı ilin avtomobillərinin ilkin start qiyməti 28.000 və 24.500 manatdır.

Milli Məclisin auksionda satmaq istədiyi “Nissan Maksima” markalı avtomobili isə cəmi 4.230 manatdır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.