Azərbaycanda avtomobillər tələbat dəyişib.
AvtoReyd.Az məlumat verir ki,bunu Fins.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, 2015-ci ilin ortalarına qədər tələb daha çox yeni avtomobillərə idisə, bundan sonrakı dövrdə daha çox işlənmiş ikinci əl avtomobillərə tələbat artıb. Yəni, əvvəl yeni avtomobillərin satış səviyyəsi köhnə avtomobillərlə eyni idisə, indi köhnə avtomobillərin satışı daha çoxdur.
O bildirib ki, bu da qiymətlərlə bağlıdır. Belə ki, yeni avtomobillərin bahalaşması onların əlçatanlığını nisbətən azaldıb.