Avtoreyd.Az Dörd çarx Paytaxtın iki yerində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq (Foto)

Paytaxtın iki yerində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq (Foto)


Bakının “Sovetski” adlanan ərazidə aparılan yenidənqurma işləri ilə əlaqədar olaraq, sabahdan Abdulla Şaiq küçəsinin Mirzə Fətəli Axundzadə küçəsi ilə kəsişməsi, aprelin 22-də isə Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yeri saat 23:00-dan növbəti gün saat 06:00-a kimi nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq.

AvtoReyd.Az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, sürücülərdən bu müddət ərzində Abdulla Şaiq küçəsinə alternativ olaraq Qurban Xəlilov küçəsi və İnşaatçılar prospektindən, Mirzə Fətəli Axundzadə küçəsindən Mirzəağa Əliyev küçəsinə geriyə dönmə yerinə alternativ olaraq isə Nəriman Nərimanov prospektindən istifadə etmələri tövsiyə olunur.

Bundan başqa, Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar ictimai nəqliyyatın fasiləsiz faəliyyətini təmin etmək məqsədi ilə 17 marşrut xətti üzrə (1, H1, 2, 4, 5, 6, 8, 14, 18, 31, 37, 46, 61, 65, 77, 88, 124) avtobusların hərəkət sxemində dəyişiklik ediləcək. 125 nömrəli marşrut xəttinin fəaliyyəti isə müvəqqəti olaraq dayandırılılacaq.

Müvafiq marşrut xətləri üzrə nəzərdə tutulan dəyişikliklər aprelin 23-dən tətbiq ediləcək və mayın 1-nə qədər qüvvədə olacaq.

Related Post

Ötən il Azərbaycanda baş verən avtomobil qəzalarında 750 nəfər ölüb, 1719 nəfər yaralanıbÖtən il Azərbaycanda baş verən avtomobil qəzalarında 750 nəfər ölüb, 1719 nəfər yaralanıb

Ötən il Azərbaycanda baş verən avtomobil qəzalarında ölən şəxslərin sayıı açıqlanıb. Dövlət Statistika Komitəsinin  məlumata görə, 2017-ci ildə ölkənin avtomobil yollarında 1833 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bildirilib ki, 2016-cı illə müqayisədə yol qəzalarının sayı 8,6 faiz azalıb.