Avtoreyd.Az Dörd çarx “Sovetski”nin yerində park-körpü salınır (Foto)

“Sovetski”nin yerində park-körpü salınır (Foto)


Bakının “Sovetski” kimi tanınan ərazisinin söküntüsü başa çatdıqdan sonra ərazidə avtomobil yollarının tikintisi həyata keçirildi. Daha sonra ərazidə böyük sahədə yaşıllaşdırma və abadlıq işləri, yəni parkın salınması işlərinə başlanıldı.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli AzVision.az-a bildirib ki, “Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin, bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi” və “Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulması, ərazisinin abadlaşdırılması, məscidi ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi çərçivəsində yerüstü park-körpü inşa edilir.

“Bu mərhələdə Təzəpir məscidi qarşısında sahəsi 11.631 kv. metr olan, 338 avtomobil üçün yeraltı dayanacaq, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən, uzunluğu 112 və eni 52 metr olan piyada körpüsü, 11.650 kv. metr – Park, həmçinin, 8 hektar ərazidə yaşıllığın salınması nəzərdə tutulub. Hal-hazırda avtomobil dayanacağının tikintisi üzrə işlərin 50 faizi yerinə yetirilib, Füzuli və Mirzə Ağa Əliyev küçələrinin üzərindən keçən piyada körpüsünün dayaqlarının tikintisi başa çatıb, yaşıllıq salınacaq ərazidə relyefin layihəyə uyğun şəkildə düzəldilməsi işləri aparılır”, – qurum rəsmisi deyib.

AvtoReyd.Az

Related Post

Bakı-Şamaxı yolunun daha bir hissəsinin genişləndirilməsinə start verilib (Vide+Foto)Bakı-Şamaxı yolunun daha bir hissəsinin genişləndirilməsinə start verilib (Vide+Foto)

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci km-lik (16 km ) hissəsinin I b texniki dərəcəsinə uyğun olaraq 2 hərəkət zolağından 4 hərəkət zolağına genişləndirilməsi layihəsinin icrasına start verilib. Layihə Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Regionların

Sürücülərin nəzərinə:Bu yolda təmir işləri aparılırSürücülərin nəzərinə:Bu yolda təmir işləri aparılır

Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən AvtoReyd.Az-a verilən malumata görə,avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 130-160 km km-lik hissəsində bu gün axşam saatlarınadək yol qəzaları nəticəsində