Avtoreyd.Az Gündəm Gömrük Komitəsi ləğv olunur? – Qurumdan açıqlama

Gömrük Komitəsi ləğv olunur? – Qurumdan açıqlama


Dövlət Gömrük Komitəsi (DGK) bu gün bəzi elektron kütləvi informasiya vasitələrində Komitənin ləğv ediləcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Komitədən Minval.İnfo-ya verilən məlumata görə, bu gün bəzi elektron kütləvi informasiya vasitələrində DGK-nin ləğv edilməsi ilə bağlı məlumatlar yayılıb.

Qurumdan bildirilib ki, cari il yanvarın 19-da “2017-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev bununla bağlı media nümayəndələri tərəfindən ünvanlanan suala ətraflı cavab verib:

“Gömrük işçiləri xalqın və hökumətin əsgəridir. Harada desələr, orada da fəaliyyət göstərəcəyik”.

AvtoReyd.Az

Related Post