Avtoreyd.Az Dörd çarx Sürücülərə şad xəbər: Bakının bu hissəsində tıxac aradan qalxır – SƏBƏB (Foto)

Sürücülərə şad xəbər: Bakının bu hissəsində tıxac aradan qalxır – SƏBƏB (Foto)


Metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbilərin icrasına başlanılıb.

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayevin AvtoReyd.Az-a verdiyi məlumata görə, hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb. Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.

Avtobus dayanacaq məntəqəsinin ləğv edilməsi ilə əlaqədar “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən ətraf kənd və qəsəbələrə hərəkət edən avtobuslar metronun piramida formalı çıxışının qarşısında dayanmadan keçəcək. Həmin dayanacaqdan istifadə edən bütün sərnişinlər “Koroğlu” NMM-də öz marşrutlarının xidmətlərindən yararlana bilərlər. Artıq bununla bağlı müvafiq marşrut xətləri üzrə daşıyıcılara xəbərdarlıq edilib. Sərnişinlərimizdən tətbiq ediləcək dəyişikliyə anlayış göstərmələrini və metrostansiyadan çıxışda “Koroğlu” NMM istiqamətində hərəkət etmələri xahiş olunur.

Qeyd edək ki, avtobus dayanacaq məntəqəsi 21.04.2018 tarixində ləvğ ediləcək.

AvtoReyd.Az

Related Post

Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: “Opel” 1125, “Mitsubishi” 10 min, “Kia Rio” 5000 AZN (SİYAHI)Dövlət maşınları ucuz qiymətə satışa çıxarılır: “Opel” 1125, “Mitsubishi” 10 min, “Kia Rio” 5000 AZN (SİYAHI)

Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunur. AvtoReyd.Az-in məlumatına görə, 1-3-cü sətirdə Azərbaycan Milli Elmlər Akademiyası “Azərbaycan Ensiklopediyası”

Yanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edirYanğınla əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət davam edir

Bakı Nəqliyyat Agentliyindən AvtoReyd.Az -a verilən məlumata görə, Qara Qarayev prospektindəki ticarət mərkəzində baş verən yanğınla əlaqədar olaraq prospektin Bəhruz Nuriyev küçəsi ilə kəsişməsindən Rüstəm Rüstəmov küçəsi ilə kəsişməyədək olan