Avtoreyd.Az Gündəm Lənkəran-Lerik yolu yararsız hala düşüb (Video)

Lənkəran-Lerik yolu yararsız hala düşüb (Video)


Lənkəran-Lerik yolunun bir hissəsinin asfalt örtüyünün sıradan çıxması bu ərazidə olan turizm obyektlərinə mənfi təsir edib. İstirahət məkanlarından bildirilir ki, o istiqamətdə gedən turistlərin sayında xeyli azalma var. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən isə bildirilib ki, bu yol ilin sonuna kimi əsaslı təmir olunacaq.

Ağırtonajlı avtomobillərin intensiv hərəkəti Lənkəran-Lerik yolunun yararsız hala düşməsinə səbəb olub. Lənkəran hava limanının ərazisindən başlayan yolun 20-ci kilometrliyinə qədər hissəsində asfalt örtük dağılıb.

Yolun bu vəziyyətə düşməsi turizm obyektlərinə də mənfi təsir edib. Yol səbəbindən turistlər Lerik rayonundakı istirahət mərkəzlərinə getmək istəmirlər.

Asfalt örtüyünün dağılması vaxt itkisi ilə yanaşı, avtomobillərin də sıradan çıxmasına səbəb olur.

Məsələ ilə bağlı “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindənbildirildi ki, yaxın vaxtlarda yolda yenidənqurma işlərinə start veriləcək. Artıq bununla bağlı hazırlıq işləri başlanılıb. Yolun ilin sonuna kimi əsaslı təmir olunaraq, istifadəyə verilməsi planlaşdırılır.

Related Post

Dayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində bir dəfə protokol tərtib olunacaqDayanma və ya durma qaydalarının pozulmasına görə gün ərzində bir dəfə protokol tərtib olunacaq

Dayanma və durma qaydalarının pozulmasına görə cərimənin tətbiq edilməsi qaydası dəyişir. AvtoReyd.Az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif edilir. Dəyişikliyə əsasən, şəxs dayanma və ya durma