Prezident İlham Əliyev Vüsal Kərimlinin Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
AvtoReyd.Az xəbər verir ki, sərəncamla Vüsal Ağaməmməd oğlu Kərimli Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.
Sənədlə Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək tapşırılıb.