Goranboyda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində baş verib.İlkin məlumata görə, hərəkətdə olan mikroavtobus və “VAZ 2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.Onlardan bir nəfərin vəziyyəti ağır qiymətləndirilir,vəziyyəti ağır olan 1994-cü il təvəllüdlü Qurbanzadə Toğrul Eynulla oğludur, vəziyyətləri kafi olan – 1992-ci il təvəllüdlü Quliyev Fuad Faiq oğlu, 1994-cü il təvəllüdlü Şəkərli Aqil Novruz oğludur.
Faktla bağlı araşdırma aparılır.