Avtoreyd.Az AvtoSığorta Sığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri yeni şərtlərlə həyata keçiriləcək

Sığorta şirkətləri tərəfindən qəzalı maşınların təmiri yeni şərtlərlə həyata keçiriləcək


Azərbaycanda sığorta şirkəti tərəfindən qəzalı avtomobillərin təmir edilməsi yeni şərtlərlə həyata keçiriləcək.

Xezerxeber.az-ın məlumatına görə, avtomobilin təmir edilən bütün hissələrinə minumum 1 il zəmanət veriləcək və təmirin dəqiq müddəti əvvəlcədən sürücülərə bildiriləcək.

Bu barədə qərar Azərbaycan Sığortaçılar Assosiasiyası, Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu əməkdaşlarının növbəti görüşündə verilib. Hazırda yoxlanış mərhələsində olan sistem sığorta edilənlərə bir çox üstünlüklər verir.

Sığorta şirkətləri yalnız bu əsaslarla xidmət göstərən təmir müəssisələri ilə əməkdaşlıq edə biləcək. Təmir müəssisəsinin seçilməsi hərrac üsulu ilə olacaq.

Bundan başqa, sığorta şirkəti şərtlər uyqun olduqu halda avtomobili təmir edilən şəxsin yaşayış yerinə yaxın olan təmir müəssisəsini seçməlidir.

Hazırda bu layihə yoxlanış mərhələsindədir, özünü doğruldacağı təqdirdə növbəti həftədən etibarən tətbiq ediləcəyi gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcəkSığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya alınması üçün attestasiya keçiriləcək

Maliyyə Bazarlarına Nəzarət Palatası cari ilin 16, 20, 21 və 22 noyabr tarixlərində sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziyaların verilməsi üçün attestasiya keçirəcək. Palatdan  verilən məlumata görə, “Sığortaçıların rəhbər işçisi vəzifələrinə