Avtoreyd.Az Gündəm Yeni metro qatarı sərnişinlərin istifadəsinə verilib (Video)

Yeni metro qatarı sərnişinlərin istifadəsinə verilib (Video)


Bakı Metropoliteni” yeni metro qatarını sərnişinlərin istifadəsinə verib. Qatarda bir çox yeniliklər və innovativ üstünlüklər var.

Xezerxeber.az-ın məlumatına görə, yeni qatar əvvəlki modellərə nisbətən daha genişdir. Bu da vaqonların sərnişin tutumunu artırır. Ancaq yeni qatarın üstünlüyü bununla bitmir.

Yeni qatar 5 vaqondan ibarətdir və vaqonların arasında sərnişinlər üçün keçid var. Vaqonlara informasiya sistemləri, həmçinin müasir elektron və interaktiv monitorlar quraşdırılıb.

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev növbəti qatarın da yaxın vaxtlarda gətiriləcəyini deyib.

Nəsimi Paşayev metropolitendə aparılan tikinti işləri ilə bağlı da məlumat verib. Onun sözlərinə görə, “Bənövşəyi xətt”in B3 adlanan stansiyasında, eləcə də “Dərnəgül” elektrik deposunda tikinti işləri sürətləndirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Related Post

Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçidin və yol qovşağının açılışı olub(Foto)Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçidin və yol qovşağının açılışı olub(Foto)

Azərbaycan prezidenti İlham Əliyev mayın 7-də Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışında iştirak edib.   AvtoReyd.Az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.