Dövlət Yol Polisi əməkdaşının qayda pozuntusu ilə bağlı daha bir fakt lentə alınıb.
AvtoReyd.Az xəbər veriri ki,bununla bağlı BAKU.WS-ə Kənan Davudzadə adlı sürücü video material göndərib. Hadisə Bakının Şimal girişindəki “Ekologiya Postu” kimi tanın YPX postunun yaxınlığında baş verib.
Videodan məlum olur ki, DYP əməkdaşı hərəkətdə olan avtomobilin sürücüsünə “saxla” əmri verir. Daha sonra avtomobilə yaxınlaşan polis əməkdaşı təlimatı pozaraq nə özünü təqdim edir, nə də sürücüyə saxlama səbəbini izah edir. “Tanıdım səni, sür get”, – deyə xidməti avtomobilinə qayıdır.
Qeyd edək ki, bu, Kənan Davudzadə tərəfindən yol polisi əməkdaşlarının qayda pozuntusu ilə bağlı lentə aldığı 4-cü videodur.
Həmin görüntüləri təqdim edirik: