Avtoreyd.Az Gündəm Sürücülərin nəzərinə:Bu istiqamətdə hərəkət etməyin!

Sürücülərin nəzərinə:Bu istiqamətdə hərəkət etməyin!


DİQQƏT!! “Böyük Şor” yol qovşağının alt hissəsində hərəkət məhdudlaşdırılır.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinindən AvtoReyd.Az-a verilən məlumata görə,aparılan təmir işləri ilə əlaqədar olaraq 28 aprel tarixində gecə saatlarından Heydər Əliyev prospektinin “Böyük Şor” yol qovşağının alt hissəsində (Hava limanı istiqaməti üzrə) hərəkət tam olaraq məhdudlaşdırılacaq. Məhdudlaşdırma 2 gün ərzində (28-29 aprel) qüvvədə olacaq.

Sürücülər bu müddət ərzində alternativ olaraq qovşağın altından Bakıxanov qəsəbəsinə gedən yoldan istifadə etməklə yenidən Heydər Əliyev prospektinə çıxaraq hərəkətlərinə davam edə bilərlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik və sürücülərdən sözügedən hissədə diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələrini tövsiyə edirik.

 AvtoReyd.Az

Related Post

Şəkidə 18.2 km-lik avtomobil yolunun tikintisi bitmək üzrədir – VİDEOREPORTAJ / FOTOŞəkidə 18.2 km-lik avtomobil yolunun tikintisi bitmək üzrədir – VİDEOREPORTAJ / FOTO

“Azəravtoyol” ASC-dən AvtoReyd.Az-a veriləm məlumata görə,Şəki şəhərində bu cür layihələrdən birinin icrası artıq yekunlaşmaq üzrədir. Söhbət 18.2 km uzunluğunda olan Aşağı Göynük-Baş Göynük-Baş Şabalıd avtomobil yolundan gedir. Layihə çərçivəsində avtomobil yolunun 2.1