Bakı Nəqliyyat Agentiyi ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə,aparılan təmir işləri ilə əlaqədar olaraq, may ayının 1-dən 2-nə keçən gecədən etibarən Təbriz küçəsinin Ceyhun Hacıbəyli və Firdovsi Məmmədov küçələri arasında yerləşən hissəsində (520 m) avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq dayandırılacaq. Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və öncədən hərəkət istiqamətlərinə uyğun laternativ yollardan istifadə etmələri tövsiyə olunur.